SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Kürkəndi kəndində deputat sorğusu nəticəsində qəzalı transformator yenisi ilə əvəz edilmişdir
Əziz Sabirabad rayonu sakinləri,
Kürkəndi kəndində vətəndaş qəbulu zamanı sakinlər tərəfindən kəndin qəbiristanlığında yerləşən transformatorun qəzalı vəziyyətdə olmasını bildirdilər. Bu məsələ ilə bağlı "Azərişıq" ASC-yə deputat sorğusu göndərdim və müvafiq dəstəyin göstərilməsini xahiş etdim.
"Azərişıq" ASC-dən daxil olan məktubda bildirilir ki, 10/0,4 kV-luq 250 kVA gücündə transformator "Elektrik qurğularının quraşdırlması Qaydası"nın tələblərinə uyğun olaraq təmir olunmuşdur.
Çevik reaksiya üçün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədova təşəkkür edirəm. Ümumilikdə isə deputat sorğularını seçicilər tərəfindən qaldırılmış məsələlərin həlli üçün səmərəli vasitə hesab edirəm.